SON XƏBƏRLƏR

İranda “Tehran-e emruz” qəzetinin loqosunu, “Çılpaq rəqqasə”-yə bənzədən radikallar qalmaqal yaradıb

2021.10.20, 07:36
İranda “Tehran-e emruz” qəzetinin loqosunu, “Çılpaq rəqqasə”-yə bənzədən radikallar qalmaqal yaradıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, “Tehran-e emruz” qəzetinin loqosu qalmaqala səbəb olub. Onu qatı dindarlarlar və “Bəsic”-lər (hökumət tərəfdarı könüllülər dəstəsi) Çılpaq rəqqasəyə oxşadırlar. qatı dindarlar və “Bəsic” Qüvvələri qəzeti namussuzluqda ittiham edərək son iki gündə onun Tehran küçələrindəki reklamlarını cırıb atıblar. Qəzetin loqosuna qarşı çıxanlar “emruz” sözünün yazılış formasına etiraz edərək onun zehnlərdə çılpaq rəqqasə təsvirini canlandırdığını iddia edirlər. “Tehran-e emruz” loqosunun müəllifi olan qrafist Damun Xancanzadə isə jurnalistlərə açıqlamasında ittihamları rədd edib: “Mən Tehran-e emruz söz birləşməsini nəstəliq xətti ilə yazmışam. Bu xətt məğrur və üsyankar bir xətt olduğundan xətlərin gəlini sayılır. Yazı formasını başqa yerlərə yozanlar yanlış edir. Ona qalsa, hər bir şəxs istənilən təsvirə baxıb öz zehnində nəyisə canlandıra bilər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar