SON XƏBƏRLƏR

Qazaxıstan ATƏT-ə, Türkiyə isə Avropa Şurasına sədrlik edəcək

2021.10.20, 07:36
Qazaxıstan ATƏT-ə, Türkiyə isə Avropa Şurasına sədrlik edəcək

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Noyabrdan başlayaraq Türkiyə Avropa Şurası Nazirlər Komitəsinin sədri səlahiyyətlərini 6 ay ərzində yerinə yetirəcək Qazaxıstanın ATƏT sədrliyinə seçilməsi Türk Dünyası üçün düşərli olub. Bu dəfə Avropanın taleyində müəyyən söz demək Türkiyəyə həvalə olunub, qardaş ölkə tarixi bir gün yaşayıb. Yanvarın 25-də Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının ilk plenar iclasında qurumun prezidenti postuna seçkilər keçirilib. AKP-nin Antalya millət vəkili Mövlud Çavuşoğlu Avropa Şurası Parlament Assambleyasının prezidenti vəzifəsinə seçilib. O, seçkilərə yeganə namizəd olaraq qatılıb. Beləliklə, İkinci Dünya Müharibəsindən sonra, 1949-cu ildə yaradılan Avropa Şurasının məsləhətləşmə orqanı olan Avropa Şurası Parlament Assambleyasının prezidenti kreslosuna ilk dəfə türk oturacaq. Dünənki plenar iclasda eyni zamanda qurumun vitse-prezidenti və komitə sədrləri postlarına da seçkilər keçirilib. Xatırladaq ki, Mövlud Çavuşoğlu ötən ilin oktyabrında üzvü olduğu Avropa Demokratlar Qrupunun AŞPA prezidenti vəzifəsinə namizədi elan olunub. AŞPA-nın başqa üzvlərinin də dəstəyini alan Mövlud Çavuşoğlu iki illik prezidentlik səlahiyyətlərini ispan Luis Maria da Puigdən təhvil alacaq. Bu ilin noyabrından isə Türkiyə Avropa Şurasının qərarvermə orqanı olan Nazirlər Komitəsinin sədrliyini 6 ay müddətə yerinə yetirəcək. Beləliklə, 2011-ci ilin mayınadək Türkiyə Avropa Şurasının əsas iki orqanı-Parlament Assambleyası və Nazirlər Komitəsi sədrliyini yerinə yetirəcək. Mövlud Çavuşoğlu AŞPA prezidenti olaraq ilk rəsmi görüşlərini bu həftə ərzində Strasburqda olan Yunanıstanın baş naziri Yorgo Papandreu, İsveçrənin xarici işlər naziri Micheline Calmy-Rey və İsrailin xarici işlər nazirinin müavini Dany Ayalonla keçirəcək. Qeyd edək ki, Mövlud Çavuşoğlu 1968-ci ildə anadan olub, 2003-cü ildə AŞPA-da fəaliyyət göstərir, üzv ölkələrin Avropa Şurası qarşısında öhdəliklərinin yerinə yetirilməsi üzrə monitorinq komitəsində və hüquq komitəsində çalışıb. Ukraynada 1930-cü illərdə baş vermiş "Qolodomor" faciəsilə bağlı hesabat hazırlayıb. Maraqlıdır ki, dünən AŞ PA-da Mövlud Çavuşoğlunun və finlandiyalı deputat Kimmo Sasinin məruzəçi olaraq hazırladıqları "Bosniyadakı demokratik təşkilatların işləyişi" ilə bağlı hesabatı dinlənilib. Bundan başqa, AŞPA-nın qış sessiyasının gündəliyində Türkiyədən olan deputat Nursun Memecanın "Cinsi yaşamda ayrı-seçkilik", fransız Michel Hunaultun "Türkiyədəki qeyri-müsəlman azlıqlarının və Qərbi Trakiyadakı müsəlman azlığın din azadlığı və digər insan haqqları" hesabatları, AŞ üzvü olan ölkələrdəki seçki sistemlərindəki baryerlərə dair hesabat, iqlim dəyişikliyi, Orta Şərqdəki proseslərə dair hesabatların müzakirəsi durur. Qış iclaslarında "Saxta epidemiyalar: Sağlamlığa təhdid" mövzusu da geniş müzakirə olunacaq. Son illərdə Türkiyə nümayəndələri bir sıra beynəlxalq təşkilatlarda vacib vəzifələrə seçiliblər. Məsələn, Ankara 40 il fasilədən sonra BMT-nin Təhlükəsizlik Şurasının müvəqqəti üzvlüyünə 192 üzv ölkədən 151-nin səsini alaraq seçilib. Ekmələddin İhsanoğlu BMT-dən sonra ən çox üzvü olan İslam Konfransı Təşkilatının baş katibi vəzifəsini 2005-ci ildən bəri yerinə yetirir. İhsanoğlu bu vəzifəyə seçkilər yoluyla gələn ilk şəxsdir. Kamal Dərviş 2009-cu ilin martına qədər BMT-nin İnkişaf Proqramının (UNDP) sədri vəzifəsini icra edib. BMT-nin Cenevrə ofisi yanında Türkiyənin daimi nümayəndəsi, səfir Əhməd Üzümçü 2010-cu ilin iyulundan Kimyəvi Silahların Yayılmasının Önlənməsi Təşkilatı (KSYÖ) baş direktoru vəzifəsini yerinə yetirəcək. Üzümçü bu vəzifəyə qeyri-rəsmi seçki zamanı ən çox dəstək qazanıb və seçkiyə yeganə namizəd olaraq qatılıb. Bu il BMT-nin İrqi Ayrıseçkiliyin Önlənməsi Komitəsinə Boğaziçi Universitetinin müəllimi Gün Kut seçilib. Kut 161 səsdən 153-nü qazanıb, o, 2010-2013-cü illərdə komitə üzvü kimi fəaliyyət göstərəcək. Bundan başqa, Türkiyə prezidentinin xarici siyasət məsələləri üzrə baş müşaviri, səfir Hüseyn Diriözün də önümüzdəki aylarda NATO baş katibinin müavini vəzifəsinə gətirilməsi dəqiqləşib.xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar