SON XƏBƏRLƏR

rəsmi Vaşinqton Ankara və Ermənistanı imzaladıqları protokolları ratifikasiya etməyə çağırıb

2021.10.20, 07:36
rəsmi Vaşinqton Ankara və Ermənistanı imzaladıqları protokolları ratifikasiya etməyə çağırıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, ABŞ dövlət katibinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Filip Krouli jurnalistlər üçün keçirdiyi brifinqdə deyib ki, “Vaşinqtonun mövqeyi dəyişməzdir – İrəvan və Ankara öz üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi istiqamətində addımlar atmalıdır”. O bildirib ki, Barak Obama hökuməti Türkiyə və Ermənistanın ötən ilin payızında imzaladıqların protokolların tezliklə ratifikasiya olunmasını istəyir: “Bizim mövqeyimiz əvvəlki kimidir – hər iki tərəfin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi istiqamətində addımlar atması vacibdir”. F. Krouli Ermənistan və Türkiyəni ratifikasiyaya sövq etmək üçün məsləhətləşmələri davam etdirəcəklərini açıqlayıb: “Biz başa düşürük ki, bu, hər iki ölkənin icra hakimiyyətinin öz qanunvericiləri ilə iş aparmasını tələb edir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar