SON XƏBƏRLƏR

Səddam Hüseynin əmisi oğlu “Kimyəvi Əli” asıldı

2021.10.20, 07:36
Səddam Hüseynin əmisi oğlu “Kimyəvi Əli” asıldı

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İraqın sabiq diktator prezidenti Səddam Hüseynin əmisi oğlu, daha çox “Kimyəvi Əli” adı ilə məşhur olan Əli Həsən əl-Məcid edam olunub. İraq mətbuatına görə, 1988-ci ildə İraq hakimiyyəti yerli kürdlərə qarşı 180 min insanın həlak olduğu “Ənfal” əməliyyatı aparmışdı. Məhz bu əməliyatdan sonra Əli Həsən əl-Məcid, “Kimyəvi Əli” ləqəbi alır.Çünki əməliyyat zamanı o, kürdlərə qarşı kimyəvi silah tətbiq olunması barədə əmr vermişdi. Sonradan o, 1999-cu ildə şiələrin qətlə yetirilməsi və 1991-ci ildə şiələrin üsyanın amansızcasına yatırılmasına görə, iki dəfə ən yüksək cəzaya layiq görülüb. Yerli mətbuatın yazdığına görə, İraq hökuməti artıq dördüncü dəfədir ki, onun barəsində ölüm hökmü qərarı verir. ölüm hökmü verildikdən sonra qərar 30 gündən gec olmamaq şərti ilə icra olunmalıdır. Lakin hər üç halda edam təxirə salınıb. Dördüncü dəfə isə ölüm hökmü ica olunur.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar