SON XƏBƏRLƏR

Türk dilində yayılan qəzet və dərgi haqqında Zəncan Valiliyinin məxfi göstərişi

2021.10.20, 07:36
Türk dilində yayılan qəzet və dərgi haqqında Zəncan Valiliyinin məxfi göstərişi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanın bir bölgəsi olan Zəncan ostanının Valiliyi universitetlərə məxfi göstəriş verib. Məxfi Göstərişdə bildiriliur ki, türk dilində yayılan hər bir Kütləvi İnformasiya Vasitəsindən bir nüsxə Valiliyin Dəbirxanasına göndərilsin. Sonra onunla bağlı Dəbirxanada cavab gözlənilsin. Həmçinin göstərişdə tapşırılır ki, Kuye-Daneşqah (18 tir) hadisələrinin il dönümü çatdığı səbəbindən universitetlər diqqətli olmalı və tələbələr tərəfindən keçiriləcək hər bir tədbir və mərasimin qarşısı alınmalıdır.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar