SON XƏBƏRLƏR

Tehran universitetlərinin türk tələbələri mərhum Çingiz Bəxtavərin dəfn mərasimi ilə bağlı bəyanat yayıb

2021.10.20, 07:36
Tehran universitetlərinin türk tələbələri mərhum Çingiz Bəxtavərin dəfn mərasimi ilə bağlı bəyanat yayıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, bir neçə həftə öncə sıralarımızdan gedən tanınmış milli hərəkatçı mərhum Çingiz Bəxtavərin ölümü və onun dəfn mərasimində tutulanlarla bağlı bir qrup Azərbaycanlı türk tələbələri Tehran şəhərində bəyanat yayıblar. Bəyanatda vurqulanır ki, azad yaşamaq nəinki bəşəri qanunlara görə, bəlkə insanın zatından qaynaqlanan bir özəllikdir. Bu hüquq və özəllik o qədər aydındır ki, bütün ədalətli insan qanunları bu haqqı hər kəs üçün tanıyır. Ancaq iran və apartayd hakimiyyəti bu hüquqdan fasilə alaraq nəinki azadlığını hətta milli kimliyini qorumağa çalışan insanları ədalətsiz məhkəmələrdə yarqılayır, qanunsuz rəftar edir, cansız cəsədlərə hörmətsizlik edib və dəfn mərasimlərinin hörmətini saxlamır. Yaşadığımız çox millətli İranda şovinist toxumu dövlət və dövlətçilikdə səpilib ancaq buna baxmayaraq bu şovinistlərin qarşısında hər zaman duracaq mübarizlərdə yollarından dönməyəcəklər. O cümlədən Azərbaycanın baş uca türk milləti özü olmaq və öz kimliyi ilə yaşamaq uğrunda sonuna qədər mübarizə aparacaq. Son günlərdə tanınmış milli fəal mərhum çingiz Bəxtavərin ölümünə şahid olduq. Şübhəli ölümü ilə diqqət çəkən mərhumun dəfn mərasimi Təhlükəsizlik Qüvvələrinin nəzarəti altında qeyd olundu. Dəfn mərasimində iştirak edən milli fəallar döyüldü və 22 nəfər yaxalanıb həbs olundu. Bir müddət sonra yaxalananların bir neçəsi azad olunsada hələdə onların bir iddəsi həbsdə saxlanılır. Bəyanatı imzalayan tələbələr sözü gedən dəfn mərasimində baş verən zorakılıqları məhkum edərək tutulanların dərhal azadlığını tələb ediblər. Həmçinin milli-mədəni sahədə fəaliyət göstərib təzyiqlərə məruz qalan soydaşlarımıza təzyiqlərin durdurulmasını tələb edib, onların təhsilinə maneə olan təzyiqlərin aradan qaldırılmasını istəyiblər. Bəyanatı imzalayan fəal tələbələr Tehran universitetlərinin o cümlədən elm-sənət, Azad Tehran, Əllameye Təbatəbayi və Xacenəsirin tələbələri olublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar