SON XƏBƏRLƏR

İran saytı Tirəxtur taxımı tərəfdarlarının şüarlarını təhrif edib

2021.10.20, 07:36
İran saytı Tirəxtur taxımı tərəfdarlarının şüarlarını təhrif edib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, “qol” saytı başqa İran saytları kimi ənənəvi olaraq həqiqəti təhrif edən saytların sırasına qoşulub. Adını məkdiyimiz sayt heç bir video görüntüdə olmayan bir halda yalnış məlumat yayıb. Məlumatda deyilir ki, “Tirəxtur tərəfdarları bir neçə göyərçin göyə üçürdublar və sonrada ‘göyərçinimi öldürəni öldürəcəm, öldürəcəm’ şüarı səsləndiriblər”. Nəzərə alsaq ki heç bir video görüntüdə belə bir məqam yoxdur bu həqiqəti təhrif etməkdən və komanda tərəfdarlarının şüurunu və səviyəsini təhqir etməkdən başqa heç nə deyil. Saytı oxuyan soydaşlarımızdan birisi həqiqəti təhrif edənlərə tutarlı cavab yazıb. Yazıda bildirilir ki, mən sizin bu əməlinizdən təssüflənirəm. Siz farslar jurnalist olanda da həqiqəti əks etdirmək yerinə “Lətifələr” yaradırsız. Siz demək istəyirsiniz ki, türklər göyərçinə xətir insan öldürmək fikrindədirlər və səviyələri bundan ibarətdir. Belə bir fakt heç bir video görüntüdə və heç bir saytda yoxdur. Siz bu təhriflə insanları təhqir edirsiniz. Ancaq istədiyiniz qədər gülün, ona görə ki bizimdə gülmək vaxtımız yaxındadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar