SON XƏBƏRLƏR

Mahmud Əhmədinejad: Uranın 20 faizlik zənginləşdirilməsi ilə bağlı xoş xəbərlər veriləcək

2021.10.20, 07:36
Mahmud Əhmədinejad: Uranın 20 faizlik zənginləşdirilməsi ilə bağlı xoş xəbərlər veriləcək

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, bu yaxınlarda İranda gözlənilən "Fəcr ongünlüyü" (Dəheye Fəcr) günlərində dövlət tərəfindən düzənlənən tədbirlər gözlənilir. İran prezidenti Mahmud Əhmədinəjadın dediyinə görə, "Fəcr ongünlüyü" bayram tədbirləri zamanı uranın 20 faizlik zənginləşdirilməsi haqqında xoş xəbərlər veriləcək. Əhmədinejad dünən səhər parlamentdə İranın gələn ilin (1389-cu il) dövlət büdcəsinin müzakirəsindən sonra jurnalistlərə deyib ki, "Bu xoş xəbər o qədər şirin olacaq ki, dünyanın bütün azad xalqlarını sevindirəcək". Xatırladaq ki, Hər il İran İslam İnqlabının ildönümü ilə əlaqədar olaraq bəhmən ayının 12-dən 22-dək "Fəcr ongünlüyü" bayram tədbirləri keçirilir. Bu il "Fəcr ongünlüyü" fevralın 1-dən 12-dək qeyd olunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar