SON XƏBƏRLƏR

İranda tələbələr yoldaşlarının həbsinə etiraz olaraq, imtahanlarda və dərslərdə iştirak etməkdən imtina ediblər

2021.10.20, 07:36
İranda tələbələr yoldaşlarının həbsinə etiraz olaraq, imtahanlarda və dərslərdə iştirak etməkdən imtina ediblər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranda universitet tələbələri yoldaşlarının həbs edilməsinə etiraz olaraq, imtahanlarda və dərslərdə iştirak etməkdən imtina ediblər. Əmir Kəbir Texniki Universitetində başlayan etirazlar digər universitetlərə də yayılıb. Əmir Kəbir Universiteti tələbələrinin yaydıqları məlumatda, keçən ay hökumətə qarşı təşkil edilən etiraz nümayişlərində həbs olunan 12 tələbə yoldaşları ilə həmrəylik üçün imtahanlara gəlməyəcəklərini bildiriblər. Məlumatda, tələbələrin imtahan baykotlarını sülhsevər bir etiraz forması olaraq davam etdirməyə qərarlı olduqları da qeyd olunub. Təhsil Nazirliyinin səlahiyyətliləri imtahan baykotunu təkzib edərkən, bəzi müxalifyönlü qəzetlərdə baykotun paytaxt Tehrandakı digər universitetlərə də yayıldığı yazılıb. Daha sonra İran təhsil nazirinin köməkçisi Hüseyn Nadiri Məneş, imtahanların baykot edildiyi xəbərlərinin qəbul edərək, baykotun "tələbələri qışqırtmaq və ali təhsil müəssisələrində qarışıqlıq yaratmaq üçün edilən bir sui-qəsdin parçası olduğunu", irəli sürüb. Nadiri Məneş, baykota qatılan tələbələrə qarşı sərt tədbirlər görüləcəyi haqqında xəbərdarlıq da edib.sia

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar