SON XƏBƏRLƏR

İranda növbəti təyyarə qəzası

2021.10.20, 07:36
İranda növbəti təyyarə qəzası

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranın “Taban Air” şirkətinə məxsus “Tu-154” sərnişin təyyarəsi Məşhəd şəhər aeroportuna eniş zamanı alovlanıb. Dövlət Televiziyasnda, İsfahandan Məşhədə gedən Taban Hava Yollarına aid "Tupolev-154" modeli sərnişin təyyarəsinin eniş əsnasında uçuş zolağından çıxdıqdan sonra, təyyarədə yanğın baş verdiyi xəbəri yayımlanıb. Məşhəd Aeroportunun təhlükəsizlik xidmətinin ilk müdaxiləsi nəticəsində boşaldılan təyyarədəki 156 adamdan 46-nın yaralandığı ifadə edilib. Təyyarənin göyərtəsində sərmişindən başqa 13 ekipaj üzvü də olub. “Taban Air” şirkətinin təmsilçilərin hadisənin səbəbinin pis hava şəraiti olduğunu deyiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar