SON XƏBƏRLƏR

Azərbaycan prezidenti Soçiyə yola düşdü

2021.10.20, 07:36
Azərbaycan prezidenti Soçiyə yola düşdü

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, bu gün (yanvarın 25-i) Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə yola düşüb. Rusiya, Azərbaycan və Ermənistan prezidentləri üçlükdə Dağlıq Qarabağ məsələsini müzakirə edəcəklər. Prezidentlərin görüşü Soçidən təxminən 70 km məsafədə yerləşən Krasnaya Polyana məntəqəsində keçiriləcək. Bura Rusiya prezidentinin Soçidəki iqamətgahı sayılır. İlham Əliyev və Serj Sarkisyan Soçi aeroportundan dərhal Krasnaya Polyanaya yollanacaqlar. Və bundan sonra üçtərəfli görüş başlamalıdır. Görüşdə Dağlıq Qarabağ probleminin həlli yolları müzakirə ediləcək. Rəsmi məlumatlarda konkret olaraq hansı məqamlarım müzakirə ediləcəyi bildirilmir. Dmitri Medvedev, İlham Əliyev və Serj Sarkisyan arasında bu görüşün rəsmi hissəsi bitəndən sonra qeyri-rəsmi hissənin keçirilməsi də mümkündür.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar