SON XƏBƏRLƏR

İran mətbuatı Tirəxtur_Müqavimət oyununda, Göyərçin izdihamından yazır

2021.10.20, 07:36
İran mətbuatı Tirəxtur_Müqavimət oyununda, Göyərçin izdihamından yazır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, “İran-i-vərzeşi” yanvarın 22-i Təbrizin Səhənd Stadionunda Tirəxtur_Müqavimət müsabiqəsində, tamaşaçıların minlərlə göyərçin göyə uçurtmasından yazır. Yazıda vurqulanır ki, yanvarın 22-i Təbrizin Gəcil Məhəlləsi (quş və göyərçin satılan yer) çox izdihamlı olub. əsas mövzu soydaşlarımız Tirəxtur_İstiqlal oyununda istiqlalçılar tərəfindən öldürülmüş göyərçin xətirinə və bu əmələ etiraz əlaməti olaraq minlərlə göyərçin uçurtmaq planından ibarət olub. Göyərçin satanlar analoqu olmayan bir sayıda göyərçin satıblar. Göyərçin almaq üçün bir çoxları iki gün öncədən müraciət edib və minlərlə göyərçin alıb, onları Tirəxtur_Müqavimət oyununda uçurtdublar. Göyərçinlərin qırmızı rəngləmə dəzgahı, Gəcildə hər tərəfdə görünürmüş və bununlada hər bir göyərçin qiyməti 1.5 dolara (1500) çatıb. Ancaq qırmızı rənglənmiş göyərçinlər 4, 5 dollara (4 vəya 5 min tümən) satılırmış.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar