SON XƏBƏRLƏR

Tirəxtur tərəfdarlarının iradəsi, İran mətbuatını etirafa məcbur etdi

2021.10.20, 07:36
Tirəxtur tərəfdarlarının iradəsi, İran mətbuatını etirafa məcbur etdi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Tirəxtur tərəfdarlarının coşqunluğu İran mətbuatını etirafa məcbur etdi. “İran-i-vərzeşi” öz etirafında yazır ki, Təbrizin Səhənd (Yadqare emam) stadionu 80000 nəfər tamaşaçı üçün nəzərə alınsada yanvarın 22-i Tirəxtur_Müqavimət müsabiqəsində qeyr adi vəziyyət müşahidə olundu. Bir neçə gün öncədən Tirəxtur tərəfdarları arasında göndərilməyə başlayan SMSlər səhər saat 11-də tərəfdarları Stadionun qarşısına toplaya bildi. Sözü gedən müsabiqə elə bir tamaşaçı aiditoriyasına səbəb oldu ki, Təbriz Futbolunun tarixi (Əslində İran futbolunun tarixi) belə bir mənzərə ilə qarşılaşmamışdı. Stadion əgər bundan qat-qatda böyük olsa idi yenədə bu qədər coşqun tərəfdara yetməzdi və biz yenədə İran Futbol tarixinin çox sayılı tamaşaçılarının rekordunun dəyişməsinə şahid ola bilərdik. Eyn halda Bu izdiham selinin başqa bir səbəbi keçən həftədə ki 90 proqramına Tirəxtur tərəfdarlarının ertirazi idi. əgər stadionun 150000 nəfərlik imkanı olsaydı, Tirəxtur tərəfdarları rahatlıqla o Stadionu doldura bilərdilər. əgər Təbrizdə olsaydınız və qapı arxasında duranların mənzərəsini müşahidə etseydiniz onda bu yazdıqlarımızı yaxşı başa düşərdiniz.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar