SON XƏBƏRLƏR

Bakı Soçi görüşünə ümidlidir . İrəvansa Qarabağ danışıqlarında dönüş gözləmir

2021.10.20, 07:36
Bakı Soçi görüşünə ümidlidir . İrəvansa Qarabağ danışıqlarında dönüş gözləmir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, ATƏT-in Minsk qrupu həmsədrləri dünən Qazaxstanın paytaxtı Astanada bəyanatla çıxış ediblər. Bəyanatda deyilir: "Yanvarın 20-də ATƏT-in Minsk qrupu həmsədrləri - Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa), Robert Bradtke (Amerika Birləşmiş Ştatlar) İrəvanda Ermənistan prezidenti Serj Sərkisyanla görüşüblər. Həmsədrlər öz ölkələrinin prezidentlərinin 2009-cu ilin iyulunda Akvilldə verdikləri göstərişlərə uyğun olaraq dekabrda Azərbaycana səfərləri zamanı prezident İlham Əliyevə təqdim etdikləri Madrid sənədinin yenilənmiş variantına dair baza prinsiplərinə son redaktələrini Sərkisyana təqdim ediblər. Yanvarın 21-də həmsədrlər Bakıda prezident İ. Əliyevlə görüşüblər. Həmsədrlərlə müzakirələr zamanı prezidentlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini davam etdirmək niyyətində olduqlarını bildiriblər". Bəyanat müəllifləri həmçinin bildiriblər ki, Astanaya ATƏT-də sədrlik edən Qazaxstan hökuməti ilə məsləhətləşmələr aparmaq üçün gəliblər":Astanadakı məsləhətləşmələrdən sonra həmsədrlər Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə ev sahibliyi edəcəyi Soçiyə gedəcək". Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü yanvarın 25-də Soçidə baş tutacaq. Bəzi müşahidəçilər Soçidə prezidentlərin Qarabağ nizamlanması üzrə hansısa sənədə imza atacaqlarını bildirirlər. Prezident Administrasiyasının (PA) beynəlxalq münasibətlər şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə açıqlamasında görüşdə hansısa sənədin imzalanacağı barədə məlumatı olmadığını bildirib. Eyni zamanda qeyd edib ki, bu, görüşün nəticələrindən asılı olacaq. "Biz Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini istəyirik. Prezident İlham Əliyev də bu günlərdə Nazirlər Kabinetində ötən ilin yekunlarına həsr olunmuş toplantıda bildirdi ki, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli nəzərdə tutulur. Biz bu mövqedən bir addım da geri çəkilməyəcəyik",-deyə PA rəsmisi qeyd edib. N.Məmmədov ümid edir ki, "budəfəki görüş müəyyən mənada irəli addım atmaq üçün bir zəmin yaradacaq"":Rusiya prezidentinin burada iştirak etdiyini nəzərə almaq lazımdır. Çünki əvvəllər də Rusiya prezidentinin iştirakı ilə belə görüşlər keçirilib. Lakin Rusiya prezidenti nə qədər səy göstərsə də, konkret bir nəticə əldə etmək mümkün olmayıb. Düşünürəm ki, son proseslərin fövqündə Ermənistan rəhbərliyi ola bilsin ki, müəyyən mənada sağlam düşüncə ilə hərəkət edər və münaqişənin həlli üçün müəyyən addımlar atılmasına şərait yaradar". Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da hesab edir ki, prezidentlərinin Soçidə keçiriləcək görüşünə "müəyyən ümidlər" var":Düşünürük ki, bir neçə ildir, həyata keçirilən dialoqun davamı olaraq bu görüşdə yenidən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında başlanan prosesin müzakirəsi həyata keçiriləcək". Şöbə müdirinin sözlərinə görə, həmişə ümid edilib ki, hər görüş müsbət sonluqla, optimist nəticə ilə başa çatacaq, erməni tərəfi qeyri-konstruktiv mövqeyindən geri çəkiləcək: "Hər zaman ümid etmişik ki, ortaq maraqlar zəminində bu problemin həlli yolları tapılacaq, prosesdə bir inkişaf müşahidə olunacaq. Amma hər şey bizim gözləntilərimizdən asılı deyil, qarşı tərəfin də mövqeyi, dünya ictimaiyyətinin də məsələyə münasibəti var. Bütün hallarda bu görüşdən müəyyən nəticələr gözləyirik". APA-nın "Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin həli üçün kifayət qədər səy göstərirmi" sualına cavab olaraq Ə. Həsənov bildirib ki, son iki ildə həm Rusiyanın, həm ABŞ-ın, həm də Fransanın səyləri əvvəlkindən daha çox və fəaldır: "Müəyyən səylər müşahidə olunur, amma hələlik Ermənistana ciddi təzyiq görünmür. Təzyiq olmadan da Ermənistanı və onun danışıqlarda iştirak edən rəhbərliyini göstərdiyi qeyri-konstruktiv mövqedən çəkindirmək çətindir". Ermənistanın xarici işlər naziri Edvard Nalbandyansa 2010-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda sıçrayış olacağını gözləmir. "Novosti-Armeniya" xəbər verir ki, İrəvanda mətbuat konfransı keçirən Nalbandyanın bildirib ki, Azərbaycan tərəfi danışıqlarda konstruktivlik göstərərsə, müəyyən irəliləyişlər ola bilər: "Lakin hesab etmirəm ki, 2010-cu ildə danışıqlarda dönüş olacaq". Millət vəkili Nəsib Nəsibli hesab edər ki, Qarabağ danışıqları ciddiləşsə də, proses Azərbaycanın maraqlarına uyğun deyil: "Bu gün üzdə olan odur ki, Qarabağ sülh prosesi çox önəmli mərhələyə girib. Madrid prinsipləri əsasında gedən danışıqlar çox qorxu yaradır. Çünki orda referendum, həmçinin Dağlıq Qarabağ ətrafına sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsi var. Əgər müzakirələr köhnə prinsiplər üzərində gedirsə, gedişatdan narahat olmağa dəyər". Millət vəkili hesab edir ki, 2008-ci ildə olan prezidentlərin üçtərəfli görüşündən fərqli olaraq vəziyyət indiki qədər ciddiləşməmişdi. "Həqiqətən də beynəlxalq güclər regionda sabitliyi istəyirlər. Elə Türkiyə-Ermənistan danışıqları da bunun nəticəsi idi. Mənim bildiyim qədər bu gün Azərbaycan hökumətinə ciddi təziyiq var". Politoloq Fikrət Sadıxov prezidentlərin qarşıdan gələn görüşünün digərlərindən fərqlənməyəcəyini dedi: "Soçidə ciddi bir sıçrayış gözləmirəm. Nə vaxta kimi, Ermənistana güclü dövlətlər tərəfindən təzyiq göstərilməyib, onlar torpaqları boşaltmayacaqlar". Soçi görüşündə hər hansı sənəd imzalanmasına gəlincə, politoloq hesab edir ki, bunun elə də əhəmiyyəti yoxdur. "Dağlıq Qarabağla bağlı indiyə kimi həm beynəlxalq təşkilatların, həm də Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli bəyannaməsi qəbul olunub. Əsas odur ki, bu sənədlər tətbiq edilsin",- ekspert bildirib. Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı isə görüşün nəticəsiz başa çatmasını arzulayır: "Hesab edirəm ki, ciddi bir nəticə olmayacaq və ümid edirəm ki, olmayacaq. Çünki ortada olan məsələ Azərbaycanın əleyhinədir". A.Nağı bildirir ki, hazırda gündəlikdə olan "5 rayon əvəzinə, gələcəkdə Dağlıq Qarabağda referendum keçirmək" Azərbaycan üçün çox təhlükəlidir.express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar