SON XƏBƏRLƏR

Koçaryanın İrana səfərinin arxasında nə durur?

2021.10.20, 07:36
Koçaryanın İrana səfərinin arxasında nə durur?

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Ermənistan prezidenti Robert Koçaryanın İrana səfəri birbaşa olaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Bu barədə Ermənistanda nəşr olunan “Aykakan jamanak” qəzeti yazıb. Qəzet mənbələrə istinadən xəbər verir ki, “Koçaryanın İran danışıqlarının əsasında Qarabağ münaqişəsinin mümkün həlli məsələsinin pozulması yollarını tapmaq olub”. Danışıqların həlli prosesinin pozulması ilə bağlı oxşar ssenari artıq 1997-ci ildə həyata keçirilib. Həmin vaxt münaqişənin mərhələli həlli hələ o vaxt qondarma Dağlıq Qarabağ respublikasının müdafiə naziri Samvel Babayanın İran səfərindən və orada rəhbərliklə görüşündən dərhal sonra pozulmuşdu. “Məhz Babayanın İrandan qayıtmasından sonra, “DQR” rəhbərliyi özlərinin mövqelərini dəyişdirdilər və bu prosesi dayandırdılar”, deyə qəzet yazlb. Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan 20-21 yanvar tarixlərində İran hökumətinin dəvəti ilə bu ölkəyə şəxsi səfər edib. İran prezidenti və xarici işlər naziri ilə görüşdə Koçaryan ikitərəfli münasibətlərin inkişafının və dərinləşməsinin vacibliyini qeyd edib. Amma keçmiş prezidentin ofisi onun İranda olması faktını təsdiqləsə də, bir neçə gün sonra Koçaryanın bəyanatlarla çıxış etməsi barədə informasiyaları təkzib edib. ans

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar