SON XƏBƏRLƏR

Tirəxtur_Müqavimət oyununda bir neçə nəfər tutulub

2021.10.20, 07:36
Tirəxtur_Müqavimət oyununda bir neçə nəfər tutulub

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə Etdiyi məlumata görə, yanvar ayının 22-də Təbrizin “səhənd” stadionunda keçirilən “Tirəxtur-Müqavimət sepasi şiraz” yarışında bir neçə nəfər o cümlədən Məhəmməd Beheşti və Əhəd Miri, İran polisi tərəfindən tutuqlanıblar. Aldığımız məlumata görə, təxminən 150000 tamaşaçı qarşısında keçirilən yarışda tamaşaçılar “Yaşasın Azərbaycan”, “Azərbaycan Yurdumuz_Tirəxtur Bozqurdumuz”, “Tirəxturu el istər_Şərəfli millət istər”, “mənim SMSim getmədi” kimi şüarlar səsləndirib və afışalar əldə tutublar. Polis bütün bunlara qarşı hər bir tədbirə əl atsada mümkün olmayıb. Müsabiqə sürəcində soydaşlarımız müxtəlif şüarlarla o cümlədən “mənim SMSin getmedi” kimi şüarlarla saxtalaşdırılmış 90 proqramı Rəy_Sorğu kompaniyasına geniş etiraz nümayiş etdiriblər. Tirəxtur tərəfdarları Tirəxtur_İstiqlal müsabiqəsində İstiqlal tərəfdarları tərəfindən öldürülmüş Göyərçinə etiraz əlaməti olaraq yüzlərlə qırmızı Göyərçini azadlıq simvolu kimi göyə uçurdublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar