SON XƏBƏRLƏR

Rusiyalı politoloq: BMT qətnamələri Qarabağ münaqişəsinin həlli üçün hüquqi bazadır

2021.10.20, 07:36
Rusiyalı politoloq: BMT qətnamələri Qarabağ münaqişəsinin həlli üçün hüquqi bazadır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, “Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə keçiriləcək görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində daha bir addım olacaq”. bu sözləri Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) rektoru Anatoli Torkunov Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri ilə görüşündə deyib. Dağlıq Qarabağ münaqişəsinin mürəkkəbliyinə diqqət çəkən rektor probleminin həlli üçün mərhələlərə ehtiyac olduğunu bildirib: “Əsas odur ki, problemin həlli istiqamətində dünya ictimaiyyəti iradə ortaya qoyur, münaqişənin həlli üçün hüquqi baza – BMT Təhlükəsizlik Şurasının qətnamələri var və nəticəsiz olmayan danışıqları prosesi gedir. Rusiya problemin həllində çox maraqlıdır. Tarix göstərir ki, bu məsələnin yeganə həlli yolu danışıqlar, diplomatiyadır”. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair qəbul etdiyi 4 qətnamə Ermənistan Silahlı Qüvvələrinin işğal etdikləri Azərbaycan rayonlarından qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutur.apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar