SON XƏBƏRLƏR

Təbrizdən dünyaya sülh və dostluq ismarıcı . S.Soltan

2021.10.20, 07:36
Təbrizdən dünyaya sülh və dostluq ismarıcı . S.Soltan

Gunaz.tv
Rusiya saytlarından birində "Fars xalçaları" adlı məqalə yayılmışdı. Həmin məqalədə "fars xalıları" tərif olunur, onun əvəzsizliyindən danışılır. Yazıdakı maraqlı bir məqamı da diqqətinizə çatdırmaq istərdik:"Qədim xalçalardan biri günümüzə qədər saxlanılmaqdadır. Onu Rudenkonun başçılıq etdiyi arxeoloji dəstə Altayda iskit hökmdarının kurqanında aşkarlayıb. Şaxtadan xalça kurqanda donmuş və günümüzə salamat çıxmışdı. İki min ildən artıq yaşı olan bu xalça hazırda sənət incisi olaraq Ermitajda saxlanılmaqdadır."Tarixdən üzü bu yana İran coğrafiyasında toxunan bütün xalçalar dünya bazarında İran (Persiya) xalıları, "fars xalıları" kimi təqdim olunur. Bu işlə məşğul olanlar isə qədimdən bəri İran coğrafiyasında yaşayan azərbaycanlılar və türkmənlərdir. Bunun kökü isə Altaylardan gəlir.Dünya əl xalçası bazarında "fars xalçaları"nın dəyəri milyonlarca dollarla ölçülür. Bu əl işlərinin əsas alıcıları Avropa və ABŞ-dır. "Chirstie" hərracında qızıl sapla toxunmuş ipək xalça 1,4 milyon dollara, iki əsr öncəki xalça isə 2,5 milyon dollara satılmışdı"...İllərdən bəridir ki, Azərbaycan türklərinə mənsub olan bütün tarixi, mədəni abidələr, o cümlədən xalçaçılıq dünya üzrə farsların adına təbliğ edilir. Bunu keçmiş sovetlər dövründə, həmin dövlətdə yaşamış çoxsaylı millətlərin nailiyyətlərinin tək rusların adına çıxılması ilə də eyniləşdirmək olar.İran hakimiyyəti Təbrizə və Güney Azərbaycanın başqa bölgələrinə aid olan sənət nümunələrinin dünyada tanıdılmasına mane olmaqdadır.İRNA xəbər agentliyinin məlumatına görə, dünyaya sülh və dostluq ismarıcı göndərmək məqsədilə iki il öncə Təbrizdə bir xalça toxunmağa başlanıb. Toxunulduqdan sonra bu xalçanın BMT salonlarından birində nümayişi nəzərdə tutulmuşdu. Bundan başqa, sülh və dostluğa dəstək vermiş ölkələrin xəritəsi toxunmuş ikinci xalçanın da nümayişi planlaşdırılıb. "Sülh və dostluq" xalçasının təqdimatı YUNESKO-nun toplantısında iştirak edən dövlətlərin rəhbərlərinin iştirakı ilə keçiriləcək. Həmin xalça eyniadlı dəyərli əsər kimi qurumun qeydiyyatından keçəcək.4 milyon ilmədən 3 milyonu vurulubXalça 8 aya toxunmalı idi. Amma iki il ötür. "Azadtribun"un dəyərləndirməsinə əsasən, bunun iki səbəbi var:Birincisi, bu layihənin həyata keçirilməsi üçün hakimiyyət orqanlarından heç bir yardım olmayıb. Onun toxunma xərci və başqa gərəkli təminat Təbriz sakinləri tərəfindən gerçəkləşir. Bundan başqa, xalça Tehrandakı "Sədabad" sarayında toxunmalı idi. Elə bu məqsədlə də Təbrizdən Tehrana 7 toxucu gedibmiş. Ancaq maliyyə problemi ucbatından onların Tehranda qalması və xalçanı toxumaları mümkün olmayıb. Ona görə də bu iş Təbrizə köçürülüb.İkincisi, bu xalça dünya miqyasında sülh və dostluğu tərənnüm etdiyindən ölkə daxilində və xarici dövlətlərin siyasi, iqtisadi və mədəni şəxsləri xalça toxunan zaman orada olub, ona bir ilmə atır. İndiyə kimi dünyanın 117 ölkəsindən 900 və İrandan 40 min belə şəxs xalçaya ilmə atıb. Müşahidəçilərə görə, bu da onun başa çatmasını gecikdirən amillərdəndir.Yayılan xəbərlərə əsasən, həmin xalçaya 4 milyon ilmə vurulmalıdır. İndiyə kimi ona 3 milyon ilmə vurulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar