SON XƏBƏRLƏR

İran Ələkrəm Hümbətovun çəvrəsindən istifadə edir

2021.10.20, 07:36
İran Ələkrəm Hümbətovun çəvrəsindən istifadə edir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Talış separatçıları Azərbaycanın cənub torpaqlarını “işğal altında olan talış torparları” adlandırırlar Liderləri Hollandiyada yaşayan talış separatçıları yenidən aktivləşməyə başlayıblar. Özləri ilə bağlı həqiqətlərin meydana çıxmasından bərk narahatlıq keçirdiklərindən hücuma keçməyə başlayıblar. Tarix boyu İran və Rusiya xüsusi-xidmət orqanlarının Azərbaycana qarşı maşası olan bu separatçılar Azərbaycanın ayrılmaz hissəsi olan və talış vətəndaşlarımızın Azərbaycan türkləri ilə kompakt yaşadıqları əraziləri “işğal olunmuş” ərazi kimi göstərirlər. “Azeritv.irib.ir” kimi fars saytlarının informasiya mənbəyi olan separatçılar “talısinfo” və digər internet resurslarından istifadə edərək, Azərbaycanın ərazi bütövlüyünə şübhə ilə yanaşırlar. Satqın Ələkrəm Hümbətovu lider kimi qəbul edən bu separatçıları əvvəlki illərdən fərqli olaraq, separatizmə qarşı yazarlara da savaş elan ediblər. “Yeni Çağ”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar