SON XƏBƏRLƏR

Türk və erməni rəsmiləri qarşılıqlı ittihamlar irəli sürürlər

2021.10.20, 07:36
Türk və erməni rəsmiləri qarşılıqlı ittihamlar irəli sürürlər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Ermənistan Türkiyəni əlaqələrin normallaşdırılmasını nəzərdə tutan protokolların təsdiqlənməsinə əngəl törətməkdə suçlayıb. Bu barədə bəyanatla xarici işlər naziri Edvard Nalbandyan çıxış edib. O deyib ki, Türkiyə tərəfindən maneələrin törədilməsi ötən ilin oktyabr ayında əldə olunmuş razılaşmanın gerçəkləşdirilməsini sual altına ala bilər. Bu arada Ankara Ermənistanla imzalanan protokollarla bağlı ümidlərini itirmir. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistan Konstitusiya Məhkəməsinin protokollara dair qərarındakı şərhlərlə bağlı yeni bəyanatla çıxış edib. Türkiyənin xarici İşlər naziri Əhməd Davudoğlu Ankarada jurnalistlərə bildirib ki, protokolların məğzi və ruhu qorunmalıdır. "Protokollaırn məğzi və ruhuna qarşı gətirilən bəzi məhdudiyyətlər və ya protokolları parçalayaraq bəzilərinə prioritet vermək cəhdləri, bəzi amillərin daha sonrakı mərhələdə gerçəkləşəcəyi kimi sıralamalar, təbii ki bu protokolların məğzinə və ruhuna uyğun gəlmir." Davudoğlu, bu məsələdə qətiyyətli olduqlarını və Türkiyədə bununla bağlı çox güclü siyasi iradənin yarandığını bildirib. Davudoğlu bu gün ABŞ Dövlət Katibi Hillary Klintonla telefonla danışığı zamanı məsələni müzakirə edib. Nazirin bütün bu müzakirələri aparan İsveçrənin xarici işlər naziri ilə də danışacağı gözlənilir, deyilir Türkiyə xəbər agentliklərinin məlumatlarında.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar