SON XƏBƏRLƏR

Haitidə təbii fəlakət qurbanlarının sayı 200 min nəfərə qədər arta bilər

2021.10.20, 07:36
Haitidə təbii fəlakət qurbanlarının sayı 200 min nəfərə qədər arta bilər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Haitidə zəlzələ qurbanlarının sayı durmadan artır. Məlumata görə, ölənlərin sayı 111 min 499 nəfərə çatıb. Ölkənin daxili işlər nazirliyinin son məlumatına görə, 7 və 5,9 bal gücündə iki yeraltı təkanın törətdiyi dağıntılar nəticəsində 193 891 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 609 min adam isə evsiz qalıb. Evsiz qalan saknilər müvəqqəti olaraq düşərgələrdə yerləşdirilib. BMT-nin məlumatına görə, həlak olanlardan 80 mini artıq dəfn edilib. Təxmini hesablamalara görə, təbii fəlakət qurbanlarının sayı 200 min nəfərə qədər arta bilər. Çünki meyidlərin toplanması hələ də davam etdirilir və onların hamısı dəfn edilməyib. Dağıntılar altında bu günə qədər sağ qalanların olduğu da bildirilir. Belə ki, ötən gün, zəlzələdən 10 gün keçməsinə baxmayaraq, şəhərin mərkəzi stadionunun yaxınlığından 69 yaşlı bir qadın dağıntılar altından sağ tapılaraq xilas edilib. Həkimlər bildiriblər ki, səhər saatlarında çıxarılan qadının vəziyyəti ağırdır və buna görə də onun yaşamaq şansı azdır. Vəziyyətlə bağlı ölkənin bütün güc strukturları gücləndirilmiş iş rejimində çalışır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar