SON XƏBƏRLƏR

Azərbaycan, Rusiya və İrana qaz ixrac edəcək

2021.10.20, 07:36
Azərbaycan, Rusiya və İrana qaz ixrac edəcək

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Azərbaycan Rusiyanın cənub, İranınsa şimal əyalətlərini mavi yanacaqla təmin edəcək. Artıq şimal qonşumuzla ixracın iki dəfə artırılması barədə razılaşma əldə edilib. Cənub qonşumuzsa Azərbaycan qazının idxalını 4 dəfə artırmaq istəyir. 2011-ci ildən etibarən Rusiya hər il Azərbaycandan 2 milyard kub-metr mavi yanacaq alacaq. Dünən «Qazprom»-un mərkəzi ofisində idarə heyətinin sədri Aleksey Millerlə Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev arasında keçirilən işgüzar görüşdə bu barədə razılıq əldə edilib. İdxal olunan mavi yanacaq şimal qonşumuzun cənub ərazilərinin qazla təmin edəcək. Hazırda Bakı-Mozdok boru xəttinin Rusiya ilə sərhəddindəki Şirvanovka stansiyasından qonşu ölkəyə gündə 1,5 milyon kub-metr mavi yanacaq ixrac olunur. İran da hasil olunan bütün Azərbaycan qazına iddialıdır. İki ölkə arasındakı qaz alqı-satqısına dair uzunmüddətli müqavilə hələ hazır olmasa da, İran idxalı 4 dəfə artırmaq barədə təklifini bildirib. Məlumatı İran milli qaz ixracı şirkətinin direktoru Seyid Rza Kəsaizadə bildirib. Şirkət rəhbərinin sözlərinə görə, artıq bu istiqamətdə danışıqlara başlanıb. Yeni müqavilə İrana gün ərzində 5 milyon kub-metr qaz nəqlini nəzərdə tutur. Azərbaycandan əldə etdiyi qaz hesabına İran şimal regionlarını mavi yanacaqla təmin etmək niyyətindədir. Yanvarın 13-də imzalanmış real razılaşma isə gün ərzində İrana 1,2 milyon kub-metr qaz ixracını nəzərdə tutur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar