SON XƏBƏRLƏR

Tirəxtur tərəfdarlarının tələbi əsasında Tirəxtur Loqosuna Göyərçin rəsmi artırılacaq

2021.10.20, 07:36
Tirəxtur tərəfdarlarının tələbi əsasında Tirəxtur Loqosuna Göyərçin rəsmi artırılacaq

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanın milli futbol komandası Tirəxturun Loqosuna Göyərçin rəsmi artırılacaq. Bu məlumatı "oyrenci" saytı yaydığı xəbərdə bildirib. Məlumata görə, Loqo üzərinə artırılacaq Göyərçin rəsmi, Tirəxtur tərəfdarlarının istəyi əsasında qərara alınıb. 2010-cu il yanvar ayının 15-də Tirəxtur_İstiqlal yarışında Tirəxtur tərəfdarlarının tərəfindən azad olunmuş qırmızı rəngli Göyərçin İstiqlal tərəfdarları tərəfindən amansızcasına öldürülmüşdü. Komanda tərəfdarları bunu nəzərə alaraq Göyərçin rəsminin Tirəxtur komandası üzərində görünməsini tələb edirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar