SON XƏBƏRLƏR

AKP ilə ORDU arasında gərginlik yaşanır

2021.10.20, 07:36
AKP ilə ORDU arasında gərginlik yaşanır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "BBC"-yə istinadən yaydığı məlumata görə, Türkiyənin Konstitusiya Məhkəməsi hərbçilərın mülki məhkəmələrdə mühakiməsinə imkan açan qanunu rədd edib. Bu qanun ölkənin nüfuzlu hərbiyyəsini hökumətlə qarşıdurma əsnasında qıcıqlandırmışdı. Bu qanun ötən iyulda parlamentdə yekdilliklə qəbul edildikdən sonra "vətəndaş inqilabı" kimi qiymətləndirilmişdi. Avropa İttifaqına üzvlüyün tələblərindən biri olan bu qanun hərbçilərin milli təhlükəsizliyə qarşı cinayətləri, konstitusiyanın onlar tərəfindən pozulması və hökumətin hərbi yolla devrilməsi təqdirində hərbçilərin işinə mülki məhkəmələrdə baxılmasına imkan açmalı idi. Dini köklərə söykənən partiyanın hökuməti və dünyəvi hərbiyyə arasında gərginlik xüsusilə də son zamanlar "Ergenekon" kimi tanınan və bir sıra təqaüddə və xidmətdə olan vəzifəli hərbçilərin həbsləri ilə müşaiyət olunan prosesə görə artıb. Türkiyə tarixində son əlli ildə hərbiyyə dörd seçkili hökuməti devirib. Bu arada bir qrup ordu mənsubunun hakim Ədalət və İnkişaf Partiyasını devirmək üçün 2003-cü ildə hərbi çevriliş hazırladığına dair iddialarla bağlı hadisələrin inkişafı bu gün də diqqət mərkəzindədir. Silahlı qüvvələrin rəhbərliyi cümə axşamı rəsmi şəkildə iddiaları rədd etsə də, məsələni gündəliyə gətirən "Tərəf" qəzeti cümə günü iddiaları sübut edən sənədlər təqdim ediləcəyini bildirib. "Tərəf" qəzetinin rəhbərləri çevriliş cəhdi ilə bağlı irəli sürülən iddiaları təsdiq edən audioyazı və yazılı sənədlər təqdim edəcəklərini bildiriblər. Çərşənbə günü həmin qəzetdə dərc edilən məqalədə 2003-cü ildə hərbi çevrilişə zəmin yaratmaq üçün İstanbulda iki məsciddə partlayış törədilməsi və Yunanıstanla münasibətləri gərginləşdirmək məqsədi ilə Türkiyəyə məxsus təyyarənin vurulmasını da nəzərdə tutan plan haqqında yazılmışdı. Lakin ordu rəhbərliyinin verdiyi bəyanatda bu ittihamlar vicdansızlıq kimi dəyərləndirilib. Hərbçilər iddiaları rədd edərək, haqqında danışılan sənəin təlim məqsədi ilə hazırlanan seminarın planı olduğunu bildiriblər. Buma baxmayaraq, məsələ ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılır. Çərşənbə axşamı baş nazir Rəcəb Teyyib Erdoğanın baş qərargah rəisi İlkər Başbuğla 1 saat 20 dəqiqə davam edən görüşü ilə bağlı rəsmi məlumat verilməsə də, analitiklər görüşdə çevriliş cəhdi iddialarının da müzakirə edildiyini bildirirlər. Bəzi müşahidəçilər müntəzəm olaraq orduya qarşı tənqidlə çıxış edən Tərəf qəzetinin iddiaları ortaya atdığı vaxtın təsadüfi seçilmədiyini qeyd edirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar