SON XƏBƏRLƏR

Məhərrəm Zülfüqarlı: Rəsmi Kremlin səmimiliyinə nəinki biz, heç ermənilər də inanmır (MÜSAHİBƏ)

2021.10.20, 07:36
Məhərrəm Zülfüqarlı: Rəsmi Kremlin səmimiliyinə nəinki biz, heç ermənilər də inanmır (MÜSAHİBƏ)

Gunaz.tv
Yanvar ayının 25-də Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyada baş tutacaq görüşündən nəticə gözlənilirmi, ümümiyyətlə, bu gün Rusiya dövlətində Dağlıq Qarabağ münaqişənin həllində ədalətli mövqe gözləmək olarmı bu haqda, ünvanladığımız suallarımızın cavabını almaq üçün, tarix elmləri namizədi, siyasi şərhçi Məhərrəm Zülfüqarlının GÜNAZ.TV Mətbuat Xidmətinə verdiyi müsahibəsini təqdim edirik: - Məhərrəm bəy, Yanvar ayının 25-də Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya görüşündən hansısa razılaşmanın əldə olunması gözlənilirmi? - Azərbaycan – Ermənistan münaqişəsinin əsas yaradıcısı olan və bundan istifadə etməklə əvvəlki mövqeyini qaytarmaq istəyən Rusiyanın son vaxtlar fəallaşması yaxın vaxtlarda hər hansı müsbət irəlləyişlərin olacağı kimi başa düşülməsi kökündən səhvdir. Sadəcə bu fəallaşma 2008 – ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında baş verən 5 günlük müharibə ərəfəsində Rusiya rəsmilərinin bildirdiyi “Rusiya əvvəlki Rusiya deyil, o indi oz mövqelərinin müdafiə etmək gücünə malikdir” fikrinin təsdiqinə yönəlib ki, bunun da uğursuzluğu 2008 – ci ilin avqustundan bəri göz qabağındadır. Rusiya SSRİ dağıldıqdan sonra mövqelərini Balkanlarda, Yaxın Şərqdə, Cənubi Qafqazda, Ukraynada, Moldovada və s. ərazilərdə itirə - itirə gedir. Bu proses müəyyən ləngimələrlə də olsa davam edəcək. Buna görə də qərbin razılığı olmadan Rusiyanın vasitəçiliyi ilə hər hansı ciddi irəlləyişlərin olması qeyri mümkündür. Buna görə də yanvarın 25 – də keçiriləcək görüşdə əvvəlki görüşlərdə olduğu kimi hər hansı ciddi razılaşmanın olacağı gözlənilən deyil. Fikirimcə bu görüşün nəticəsi olaraq əvvəlki görüşlərdə olduğu kimi ümumi sözlərdən ibarət bəyanatlar verilməsinin şahidi olacağıq. Son vaxtlar Rusiya Dağlıq Qarabağ məsələsində həllində aktiv rol oynayan təəssüratını yaradıb. Sizcə, rəsmi Kremlinin bu məsələdə səmimiliyinə inanmaq olarmı? - Rəsmi Kremilin səmimiliyinə nəinki biz, heç ermənilər də inanmır. Çünki Moskvanın yeritdiyi siyasət hamıya gün kimi aydındır. Sadəcə diplomatik etiket qaydaları gözlənildiyindən bu kimi məslələr rəsmi görüşlərdə Rusiya rəhbərliyinə açıq bildirilmir. Bunun əvəzində “Rusiya bizə dost ölkədir. Münasibətlərimiz müsbət istiqamətdə inkişaf edir” kimi cümlələrdən istifadə olunur. Əgər Ermənistan Rusiyanın forpostudursa, Ermənistana Rusiya milyardlarla dəyərində silahlar verirsə, onunla mütəfiqlik müqaviləsi bağlayırsa onunla hansı dostluqdan danışmaq olar. Yəni “düşmənimin dostu mənim də dostumdur” fikri heç bir məntiqə uyğun deyil. Lakin bunula yanaşı Rusiyanın Dağlıq Qarabağ probleminin həllində rolunu inkar etmək olmaz. Amma onun mövqeyi qərbin mövqeyinə nisbətən həddindən artıq zəif olduğundan onun aktivliyinin xeyirdən çox zərəri ola bilər.Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar