SON XƏBƏRLƏR

Hilları Klinton İran və bir neçə ölkəni İnternet senzurasına görə pisləyib

2021.10.20, 07:36
Hilları Klinton İran və bir neçə ölkəni İnternet senzurasına görə pisləyib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, ABŞ (Amerika Birləşmiş Ştatları) Dövlət katibi Hillari Klinton Çin, İran və digər ölkələri xalqlarının öz fikirlərini İnternet vasitəsilə çatdırmasına məhdudiyyətlər qoyduğuna görə tənqid edib. voa-nın dünən yaydığı məlumatda bildirilir ki, yanvarın 21-də Vaşinqtonda danışan xanım Klinton deyib ki, azadlıq artıq vətəndaşların öz hökumətlərinə qarşı qorxusuz və cəzalandırılmadan şəhər meydanına çıxa bilib-bilməməsilə ölçülmür. Onun sözlərinə görə, sürətlə mesaj göndərmək, bloqlar və e-mail ideyaların bölüşdürülməsi üçün yeni imkanlar açmış və senzura üçün yeni hədəfə çevrilmişdir. Dövlət katibi Klinton deyib ki, kibernetik məkanda hücumlarla məşğul olan ölkələr və ayrı-ayrı şəxslər bunun nəticələrilə qarşılaşacaqlar. O, Çin, İran, Tunis, Özbəkistan, Misir və Vyetnamda İnternetə senzura qoyulmasını xüsusi qeyd edib. Xanım Klinton İranda dövlətin nəzarətində olan mətbuatda müxalifətin keçirdiyi nümayişlərin göstərilmədiyi foto-şəkillər və videoları yayan vətəndaş jurnalistlərə yüksək qiymət vermişdir. Keçən il nümayişlər zamanı gənc iranlı qadının öldüyünü göstərən videonun dünya ölkələrində yayılmasına işarə edən Dövlət katibi Klinton demişdir ki, bu, Tehran hökumətinin qəddarlığına “digital ittiham” idi. Başqa bir məlumata əsasən, Qərb İrana qarşı təzyiqlərini artırır. Çinin yeni sanksiya məsələsini dəstəkləməməsinə baxmayaraq Qərb bu istiqamətdə qətiyyət nümayiş etdirir. Vaşinqtonda Amerikanın dövlət katibi Hillari Klinton və Böyük Britaniyanın xarici işlər naziri Devid Milbənd arasında aparılan danışıqlarda İranın nüvə proqramı xüsusi müzakirə edilib. Tərəflər Tehrana qarşı təziqlərin artırılacağını bildiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar