SON XƏBƏRLƏR

Amerika rəsmisi: biz dialoqdan sanksiyalara keçməyi planlaşdırırıq

2021.10.20, 07:36
Amerika rəsmisi: biz dialoqdan sanksiyalara keçməyi planlaşdırırıq

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranla münasibətdə dialoqdan sanksiyaların tətbiqinə keçmək planlaşdırılır. Bunu ABŞ-ın (Amerika Birləşmiş Ştatlar) Rusiyadakı səfiri Con Bayerli bəyan edib. Onun sözlərinə görə, Rusiya və ABŞ-ın İranın nüvə təhlükəsi ilə bağlı fikirləri üst-üstə düşür. “Biz İranı nüvə enerjisinin hərbi məqsədlərlə istifadə etmək imkanından imtina etməyə inandırmağa çalışırıq. Təssüflənirik ki, İran MAQATE-nin təklifini qəbul etmədi. Indi biz dialoqdan sanksiyalara keçməyi planlaşdırırıq. Bizim həmişə iki paralel yolumuz olub. Hələ də ümid edirik ki, İran MAQATE-nin təklifinə müsbət cavab verəcək, əks təqdirdə, biz daha ciddi tədbirlər görməyə məcburuq”. Səfir bunu Exo moskvi radio stansiyasındakı çıxışında bildirib. Səfir həmçinin əlavə edib ki, nə ABŞ-a nə də Rusiyaya yaxın şərqdə nüvə silahları yarışması lazım deyil. ** Israilin baş naziri Benyamin Netanyahu da deyib ki, nə qədər ki gec deyil, beynəlxalq ictimaiyyət İranın nüvə cəhdlərinə qarşı addımlar atmalıdır. Qüdsdə jurnalistlərə müsahibəsində Irana qarşı sərt sanksiyaların tətbiq olunmasının vacibliyini vurğulayan Benyamin Netanyahu həmçinin qeyd edib ki, Sərt sanksiyalar tətbiq etməyin vaxtıdır. Əgər biz bu anı ötürsək, gecikmiş sanksiyaların xeyri olmayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar