SON XƏBƏRLƏR

Milli-mədəni fəal məhkəməyə çağrılıb. O mülki vəsiqə müqabilində azadlığa buraxılıb

2021.10.20, 07:36
Milli-mədəni fəal məhkəməyə çağrılıb. O mülki vəsiqə müqabilində azadlığa buraxılıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanlı milli-mədəni fəal cənab Behbud Qulinəjad Qoşaçay (Miyandoab) məhkəməsinə çağrılıb, o hazır olduqdan sonra onun haqqında olan ittihamlar üzərində müzakirə olunub. Sonda mülki vəsiqə qarşılığında azadlığa buraxılıb. Adını çəkdiyimiz milli-mədəni fəal "Yaşıl Azərbaycan" adlı dağçı qrupun təşkili və idarəçiliyi vasitəsi ilə Sistemin əleyhinə təbliğdə həmçinin "şəkil çəkən" iş obyektində Azərbaycan dili və milli ünvana hesablanmış yazıları kartvizitdə yerləşdirdiyində ittiham edilib. Həmçinin 2009-cu il noyabr ayının 13-də Qoşaçay şəhər Hüquq Mühafizə Orqanının məmurları cənab Qulinəjadın "Baxış" adlı mağazasına gedərək ona kartviziti dəyişdirmək, tablonu dəyişmək və başqa türk dilində olan afişaları aradan aparmaq kimi tapşırıqlar vermişdilər. cənab Qulinəjad müqavimət göstərincə o Qoşaçay məhkəməsinə çağrılır və onun dosyasını araşdırmçaq üçün ETTELAATa göndərilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar