SON XƏBƏRLƏR

Musəvinin baş müşaviri Əlirza Behişti həbsxanada infarkt keçirib

2021.10.20, 07:36
Musəvinin baş müşaviri Əlirza Behişti həbsxanada infarkt keçirib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranın keçmiş baş naziri Mirhüseyn Musəvinin baş müşaviri Əlirza Behişti saxlanıldığı həbsxanada yanvarın 20-də qəflətən infarkt keçirib. O 23 gündür Tehranın Evin həbsxanasında saxlanılır. Qeyd edək ki, onun zindanda saxlandığı son üç həftədə dəfələrlə dindirildiyi, psixi təzyiqlərə məruz qaldığı bildirilir. Məhbusun ailə üzvləri və vəkili ilə görüşünə icazə verilmədiyi də vurğulanır. O hazırda həbsxananın xəstəxanasına köçürülüb. Xatırladaq ki, Ə.Behişti İran İslam Respublikası Məhkəmə Sisteminin ilk rəhbəri, 1980-ci ildə terror aktında qətlə yetirilən ayətullah Məhəmməd Behiştinin oğludur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar