SON XƏBƏRLƏR

Məhəmmədrza Heydəri: Bir çox diplomat fürsət düşən kimi tutduğu vəzifədən istefa verib, xalqın tərəfinə keçəcək

2021.10.20, 07:36
 Məhəmmədrza Heydəri: Bir çox diplomat fürsət düşən kimi tutduğu vəzifədən istefa verib, xalqın tərəfinə keçəcək

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Üç həftə əvvəl İranın Oslodakı konsulu vəzifəsindən istefa verərək Norveçdən siyasi sığınacaq istəyən Məhəmmədrza Heydəri jurnalistlərə açıqlamasında bundan sonra İranda azadlıq və demokratiyanın bərqərar olunması uğrunda mübarizə aparacağını bildirib. M.Heydəri Norveç hökumətinə rəsmən ərizə verərək bu ölkədən siyasi sığınacaq istədiyini deyib: “Bilirəm ki, həm həyatımı, həm də məni özünə bağlayan çox şeyi təhlükəyə salmışam. Lakin mənim qərarım qətidir və bundan sonra ölkəm İranda azadlıq və demokratiyanın bərqərar olunması uğrunda çalışacam, bu yolda mübarizə aparacam”. M.Heydəri İrandakı “yaşıl hərəkat”ın sıravi əsgəri olduğunu vurğulayıb: “İranın Xarici İşlər Nazirliyində və İranın xarici ölkələrdəki diplomatik korpuslarında çalışan çox adam mənim kimi düşünür və ölkədə yaranmış vəziyyətdən narahatdır. Güman edirəm ki, fürsət düşən kimi onların çoxu mənim kimi tutduğu vəzifədən istefa verəcək, xalqın tərəfinə keçəcək”. M.Heydəri İranın xarici işlər naziri Mənuçehr Mottakinin jurnalistlərlə söhbətində onun yenidən işə qayıtması ilə bağlı təklifinə də cavab verib: “Yaxşı olar ki, cənab Mottaki öz ətrafına bir nəzər salsın. Biz xalqımızın mənafeyini qorumalı, xalqla üz-üzə yox, onun yanında olmalıyıq. Hazırda cənab Mottaki və onunla işləyən komandası xalqla üz-üzə durublar. Ona və dostlarına tövsiyə edirəm ki, Xarici İşlər Nazirliyində işləyən, “yaşıl hərəkat”ın tərəfdarı olan işçilərə qoşulsunlar və tutduqları yolu dəyişərək xalqla üz-üzə yox, onun yanında olsunlar”.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar