SON XƏBƏRLƏR

Mahmud Əhmədinejad Ermənistanın sabiq prezidenti Robert Koçaryanla görüşüb

2021.10.20, 07:36
Mahmud Əhmədinejad Ermənistanın sabiq prezidenti Robert Koçaryanla görüşüb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, bu gün İran prezidenti Mahmud Əhmədinejad hazırda İranda səfərdə olan Ermənistanın sabiq prezidenti Robert Koçaryanla görüşüb. Əhmədinejad görüş zamanı Ermənistan və İran əlaqələrinin dostluq şəraitində inkişaf etdiyini bəyan edib. İran Prezident Aparatının rəsmi xəbər saytı məlumat yayıb ki, Əhmədinəjad "Bütün ikitərəfli layihələr icra olunmalıdır və bununla yanaşı, regionda baş verən proseslərdə fəal iştirak etməliyik" deyə vurqulayıbdır. O əlavə edib ki, bu gün region ölkələrində bir-birləri ilə sülh və əmin-amanlıq şəraitində yaşamaları üçün potensial var. Görüşdə Koçaryan deyib ki, Ermənistan hökuməti İranla əlaqələrini inkişaf etdirməkdə və möhkəmlətməkdə maraqlıdır. "Tehran və Yerevan ikitərəfli əlaqələrin və regional əməkdaşlığın artırılması üçün geniş potensiala malikdir", - Koçəryan deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar