SON XƏBƏRLƏR

İran Fələstin haqqında film çəkəcək. layihə üçün 10 milyon dollar sərf olunacaq

2021.10.20, 07:36
İran Fələstin haqqında film çəkəcək. layihə üçün 10 milyon dollar sərf olunacaq

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranın mədəniyyət nazirinin kinematoqrafiya üzrə müavini Cavad Şamaqdari bildirib ki, İran Fələstin ərazilərinin 60 ildir davam edən işğalı barədə film çəkməyi planlaşdırır. İranın mədəniyyət nazirliyi rəsmisinin sözlərinə görə, layihənin reallaşdırılması üçün 10 milyon dollar lazımdır. "Buna görə də biz bütün müsəlman ölkələrini bu filmin istehsalında iştirak etməyə çağırırıq". Diqqətə layiq məqam ondan ibarətdir ki, İranın qonşuluğunda olan Azərbaycan-Emənistan çəkişmələrində İran Azərbaycanın işqal altında olan topraqları barədə nəinki film çəkmir, o haqda səssizliyi sindırıb etiraz edənləri amansızcasına susdurur, sürgün edir və həbsxanalara salır. Bu günə qədər Güney Azərbaycanlıların bütün səyinə baxmayaraq Qarabağla bağlı heç bir icazəli Aksiya keçirməyə imkan verilməyib. Müsəlman Dağlıq Qarabağın işqalı ilə bağlı informasiyasını dünyaya çatdırmaq istəyən Güney Azərbaycanlılar İran hakimiyəti tərəfindən dəmavlı təqib təqibə məruz qalıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar