SON XƏBƏRLƏR

Təbrizdə iki milli-mədəni fəalın məhkəmə iclası keçirilib

2021.10.20, 07:36
Təbrizdə iki milli-mədəni fəalın məhkəmə iclası keçirilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanin Təbriz şəhərində dünən yanvar ayının 19-da milli-mədəni fəallar Cahanbəxş və Nadir Bəxtavərin məhkəmə iclası keçirilib. Adını çəkdiyimiz milli-mədəni fəallar 2009-cu il may ayının 25-də Təbrizin bağ-i-şomal stadionunda keçmiş prezidentliyə namzəd Mir Hüseyn Musəvinin çıxış mərasimindən sonra Təhlükəsizlik Qüvvələri tərəfindən tutulmuşdular. Onlar 9 gün saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdılar. Milli-mədəni fəallar milli hüquq məzmunlu şüarlar verməklə və Məhəmməd Xatəminin təhqir edici lətifəsinə etiraz etdikləri üçün ümumi asayişi pozmaqda ittiham olunurlar. Qeyd edək ki, adını çəkdiyimiz milli-mədəni fəalların məhkəmə iclası qapalı keçirilib. Onlar saxlanıldıqları zaman ruhi-cismi işgəncəyə məruz qalıb və öz ailələri ilə həmçinin vəkilləri ilə görüşmə hüququndan məhrum olublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar