SON XƏBƏRLƏR

Ayətullah Zəncani: Türklər milli hüquqlarını tələb etməli...Tehran höküməti isə qarabağı müdafiə etməlidir

2021.10.20, 07:36
Ayətullah Zəncani: Türklər milli hüquqlarını tələb etməli...Tehran höküməti isə qarabağı müdafiə etməlidir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Şiə aləminin tanınmış təqlid mərcəsi Ayətullah Bəyat Zəncani, mərhum Ayətullah Müntəziriyə oxşar fitva verib. Ayətullah Bəyat Zəncani bir soydaşımızın Azərbaycanlıların milli hüquqları, İran hakimiyətinin paniranizim və panfarsizm üzərində apardığı siyasət və Dağlıq Qarabağla bağlı suallarına Şəriətə uyqun cavab verib: Anayasanın 15-ci əsli (maddəsi) dövlət və əhalinin hüquq və mövqeyini müəyyənləşdirib. Türk vətəndaşlarımız bu əslin tam bərpası uğrunda fəaliyət göstərməlidir. ona görə ki haqqın tələbi bütün müsəlmanların vəzifəsidir. Ayətullah əlavə edib ki, müsəlman cəmiyyətin və İran İslam Sisteminin vəzifəsi Azərbaycanlı Şiə və Sünnüləri müdafiə etməkdir. bu vəzifə yalnız Azərbaycan üçün deyil bütün məzlum millətlərə şamildir. Ona görə də Qarabağın Müsəlman əhalisini qorumaq bütün islam ölkələrinin, dünya müsəlmanlarının o cümlədən İran İslam Cümhuriyytətinin vəzifəsidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar