SON XƏBƏRLƏR

20 Yanvar şəhidlərinin əziz xatirəsinə “20 Yanvar abidə-kompleksi” açıldı

2021.10.20, 07:36
20 Yanvar şəhidlərinin əziz xatirəsinə “20 Yanvar abidə-kompleksi” açıldı

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Azərbaycan paytaxtında “20 Yanvar abidə-kompleksi”nin açılışı olub.açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. 1990-cı il 20 yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılmış kompleks Yasamal rayonunun «20 Yanvar» dairəsində yerləşir. Kompleksin tikintisinə 2009-cu ilin oktyabrında başlanılmışdı. 1990-cı ildə Bakıya hücum edən sovet qoşunları bu istiqamətdən də şəhərə daxil olub. Ordu dinc insanlara atəş açıb, çoxlu sayda ölənlər olub. «20 yanvar» abidəsinin yerləşdiyi ərazinin yaxınlığında bir vaxtlar 11-ci sovet ordusunun şərəfinə ucaldılmış abidə var idi. Bakıda kütləvi qırğından sonra bu abidə kompleksi götürüldü.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar