SON XƏBƏRLƏR

Milli-mədəni fəal İbrahim İsmaili ETTELLAT tərəfindən tutuqlanıb

2021.10.20, 07:36
Milli-mədəni fəal İbrahim İsmaili ETTELLAT tərəfindən tutuqlanıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, ETTELAATın (İran Kəşfiyat Nazirliyi) Güney Azərbaycanın siyasi mərkəzi olan Təbriz şəhərində yeni təzyiqlərindən daha bir məlumat var. Bu dəfə ETTELAAT əməkdaşları yanvarın 18-də (dey ayının 28) Təbriz sakini cənab İbrahim İsmailinin evinə gedib, ev sahibini yaxalayıb və naməlum istiqamətə aparıblar. Adını çəkdiyimiz milli-mədəni fəalın ailəsinə yaxınların məlumatına əsasən, evə basqın edənlər sıvıl formada ancaq ETTELAAT əməkdaşları olublar. Cənab İsmailinin ETTELAAT idarəsinə aparıldığı bildirilsədə ancaq hansı istiqamətə aparıldığı barədə heç bir məlumat yoxdur. Məlumata əsasən ETTELAAT əməkdaşları evə daxil olarkən ailə içində qorxu aurası yaradıb, Evi alt-üst edərək axtarış aparıblar. Axtarış nəticəsində bir sıra şəxsi əşya o cümlədən iki kompüter ETTELAATa götürülüb. Bütün bunlarla kifayətlənməyən məmurlar nəzakətsizliyə və təhqirlərə yol verərək ailə üzvlərinə bu xəbərin yayılmaması ilə bağlı tapşırıq veriblər. Qeyd edək ki, 32 yaşlı milli-mədəni Fəal cənab İbrahim İsmaili ailəlidir. Onun 5 yaşlı bir uşağı var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar