SON XƏBƏRLƏR

Məhəmməd Xatəmi: ...Onlar minbərə çıxıb müxtəlif şəxsiyyətlərə böhtan yağdırır

2021.10.20, 07:36
Məhəmməd Xatəmi: ...Onlar minbərə çıxıb müxtəlif şəxsiyyətlərə böhtan yağdırır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, “Hazırda ölkə böhranlı vəziyyətdədir. Xalqa qarşı zorakılıqların yeni mərhələsi başlayıb. Lakin bir şeyi nəzərə almaq lazımdır ki, zorakılıq yolu ilə artıq xalqa hökmranlıq etmək mümkün deyil. Müxaliflərə qarşı dözüm olmalı, xalqla razılığa gəlinməlidir”. Bu sözləri İranın keçmiş prezidenti Məhəmməd Xatəmi 2009-cu ilin iyununda keçirilmiş prezident seçkisinin rəsmi nəticələrinə etirazlara görə tutulub bir müddət sonra azadlığa buraxılan siyasi fəallar qarşısında çıxış edərək deyib. M.Xatəmi dissidentlərə qarşı təzyiqlərin gündən-günə artdığını vurğulayıb: “Son günlər siyasi fəalların müxtəlif təzyiqlərə məruz qaldığının, həbslərin geniş vüsət aldığının şahidi oluruq. Təəssüf ki, ölkənin rəsmi tribunalarında çıxış edən bəzi şəxslər qaranı ağ, ağı isə qara kimi göstərməyə çalışırlar. Onlar minbərə çıxıb müxtəlif şəxsiyyətlərə böhtan yağdırır, ardıcıl yalan danışırlar”.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar