SON XƏBƏRLƏR

Rusiya prezidenti Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində xeyli irəliləyiş əldə olunduğunu bildirib

2021.10.20, 07:36
Rusiya prezidenti Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində xeyli irəliləyiş əldə olunduğunu bildirib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri dünən Moskvada Rusiya və Ermənistan prezidentləri - Dmitri Medvedevlə Serj Sarkisyan arasında keçirilən görüşdə müzakirə olunub. Dmitri Medvedevlə Serj Sarkisyanın Moskva görüşü Dağlıq Qarabağ münaqişəsinin həllində önəm kəsb edən amil kimi dəyərləndirlir. Tərəflər münaqişənin həlli barədə fikir mübadiləsi aparıblar. Rusiya prezidenti Dmitri Medvedev münaqişənin həlli istiqamətində xeyli irəliləyiş əldə olunduğunu bildirib. Serj Sarkisyan isə regionda sülhün möhkəmlənməsində Rusiyanın səylərinin artırılmasını müsbət addım kimi qiymətləndirib. İşğalçı ölkənin prezidenti bu dəfə də imitasiya xarakterli açıqlama ilə çıxış edərək, qarşı tərəfi sülh tərəfdarı olduqlarına inandırmağa çalışıb. Bu arada, qondarma Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyan amerikalı həmsədr Robert Bratke ilə görüşdə sərsəm bəyanatlar səsləndirib. O, separatçı rejimin də danışıqlar prosesinə qoşulmasını təklif etsə də, amerkialı vasitəçi bunun mümkünsüzlüyünü dolayı yolla da olsa ifadə edib. Bratke deyib ki, hazırda danışıqlar prosesi davam edir və müzakirələrdə müsbət dinamika müşahidə olunur. Danışıqlar prosesi barədə Dağlıq Qarabağ da məlumatlandırılır. Proses bu şəkildə davam etdirilməlidir. Həmsədrlər tam heyətlə sabah İrəvanda, yanvarın 21-də isə Bakıda müzakirələr aparacaqlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar