SON XƏBƏRLƏR

Azərbaycanda 20 Yanvar faciəsinin 20-ci ildönümünə hazırlıq işləri gedir

2021.10.20, 07:36
Azərbaycanda 20 Yanvar faciəsinin 20-ci ildönümünə hazırlıq işləri gedir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, sabah 20 yanvar faciəsinin 20-ci il dönümüdür. Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin 20-ci ildönümünə hazırlıq işləri davam edir. işlər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun rəhbərliyi ilə aparılır. Bu il Şəhidlər xiyabanında məzarlara gedən yolda güllərin düzülməsi forması dəyişdirilib. Hər il qərənfillərlə xiyabanın girişində 20 Yanvar faciəsindən ötən il, ay və günlər yazılırdı. Bu il isə xiyabanının girişindəki abidənin önündə qırmızı qərənfillərlə beş ədəd yanan və əriyən şam düzəldilib. Bakı Şəhər İcra Hakimiyyətinin rəsmiləri bildirirlər ki, beş şam bir xalqı simvolizə edir və xalqın lazım gələndə vətən uğrunda şam kimi yandığını göstərir. Eyni zamanda, ilk dəfə olaraq Qanlı Yanvarda həlak olan insanların qəbirlərinin yanında qərənfillərlə qan ağlayan göz yaradılıb. Bu il Şəhidlər xiyabanında 60 min qərənfildən istifadə olunub. Yanvarın 19-dan Şəhidlər xiyabanına insanların axını artıb. Müxtəlif qurumların, nazirliklərin kollektivləri, məktəblilər şəhidlərin məzarını ziyarət ediblər.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar