SON XƏBƏRLƏR

Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan-Türkiyə münasibətlərinin normalaşdırılması prosesi ilə bağlə bəyanat yayıb

2021.10.20, 07:36
Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan-Türkiyə münasibətlərinin normalaşdırılması prosesi ilə bağlə bəyanat yayıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanla münasibətlərin normalaşdırılması prosesi barədə bəyanat yayıb. Bəyanatda Türkiyə-Ermənistan arasından imzalanmış protokolla bağlı Ermənistan Konstitusiya Məhkəməsinin qərarına münasibət bildirilib. Xarici İşlər Nazirliyi qərarda protokolların məğzinə zidd ön şərtlər və məhdudlaşdırıcı hökmlər olduğunu göstərib. Nazirlik Ermənistan Konstitusiya Məhkəməsinin bu cür mövqeyinə şərh verərkən qeyd edir ki, adı çəkilən məhkəmə inistansiyasının qərarı protokolların perespektivdə nəzərdə tutduğu məsələlərə xələl gətirə bilər və belə bir qərar qəbuledilməzddir. Bəyanatda rəsmi Ankara protokollarda göstərilən baza prinsiplərini müdafiə etdiyni və Ermənistan hökumətindən də eyni mövqeyi gözlədiyini bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar