SON XƏBƏRLƏR

Xoy şəhər prokurorunun qətl hadisəsini PKK və ya “Pejak” qruplarının törətdiyi güman edilir

2021.10.20, 07:36
Xoy şəhər prokurorunun qətl hadisəsini PKK və ya “Pejak” qruplarının törətdiyi güman edilir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Qərbi Azərbaycan əyalətinin ostandarı Vəhid Calalzadə jurnalistlərə açıqlamasında bildirib ki, Xoy prokuroru Vəliulla Hacıquluzadəni yanvarın 18-də yaşadığı mənzilin qabağında qətlə yetirənlər, İran hakimiyyətinə müxalif kürd silahlı qruplaşmalardan ibarət ola bilər. o əlavə edib ki, “Bu barədə qəti fikir irəli sürmək çətin olsa da, hadisəni PKK və ya “Pejak” qruplarının törətdiyi güman edilir”. Qərbi Azərbaycan əyalətinin baş prokuroru Məhəmməd Musəvi isə bildirib ki, yanvarın 18-da qətlə yetirilmiş Xoy şəhərinin prokuroru Vəliyullah Hacı Quluzadə bir neçə gün əvvəl "Pejak" terrorçu qruplaşması tərəfindən təhdid edilib. Başqa məlumata görə, Qətlə yetirilmiş prokurorun hakimiyyət müxaliflərinə qarşı sərt və amansız mövqeyi ilə tanındığı bildirilir. Xatırladaq ki, İranın Xoy şəhərinin prokuroru Vəliyullah Hacı Quluzadə yanvarın 18-da təxminən gecə saat 20.00 radələrində evinin qarşısında qətlə yetirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar