SON XƏBƏRLƏR

İranda Aşura günü aksiyada iştirak iştmiş daha 40 nəfər həbs olunub

2021.10.20, 07:36
İranda Aşura günü aksiyada iştirak iştmiş daha 40 nəfər həbs olunub

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Ötən gün İranın "Etimad-e Milli" partiyasının rəsmi xəbər saytı "sahamnews" məlumat yayaraq bildirmişdiki İran polisi Aşura günü baş vermiş hadisələrdə iştirak etməkdə təqsirləndirilən 65 nəfərin şəkillərini yayımlayaraq onların tapılması üçün əhalidən kömək istəyib. İran polisi həmin 65 nəfəri təhlükəsizliyi və ümumi asayişi pozmaqda, İslami şüarları və dini dəyərləri təhqir etməkdə ittiham edib. ILNA xəbər agentliyinin yaydığı məlumatda 65 nərfərdən artıq 40-nın tutulduğu bildirilir. Dekabrın 27-də (Aşura günü) Tehranda müxalifət tərəfdaşları ilə polis arasında qarşıdurma baş verib. İran polisinin rəsmi xəbər saytında yayılan məlumatda bildirilir ki, 8 nəfər həlak olub, onlardan yeddisi kişi, biri isə qadındır. Onların adları da açıqlanıb. Beynəlxalq agentliklərin yaydığı məlumata əsasən, həmin gün baş verən hadisələrdə 15 nəfər həlak olub, 550-dən çox şəxs isə həbs olunub. Onlardan bir çoxu siyasi şəxslərdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar