SON XƏBƏRLƏR

Almaniya kansleri Anqela Merkel: “İrana qarşı birgə mübarizə təşkil edəcəyik”

2021.10.20, 07:36
Almaniya kansleri Anqela Merkel: “İrana qarşı birgə mübarizə təşkil edəcəyik”

Gunaz.tv
Almaniya kansleri Anqela Merkel: “İrana qarşı birgə mübarizə təşkil edəcəyik” GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, II Dünya Müharibəsindən sonra ilk dəfə İsrail ilə Almaniya arasında baş nazirlər səviyyəsində görüş keçirilib. görüşdə Yaxın Şərqdə təhlükəsizliyin qorunması ilə bağlı məsələlər daha çox müzakirə olunub. ”İrana qarşı birgə mübarizə təşkil edəcəyik” deyən Almaniyanın baş naziri Anqela Merkel bildirib ki, İran nüvə məsələsində geri çəkilmək istəmədiyindən bu ölkəyə qarşı təzyiqlərin artırılmasına ehtiyac var. İsrailli jurnalistin İranın Almaniya ilə ticarət əlaqələrinin yüksək olmasını xatırlamasına cavab olaraq A. Merkel bu məqamın onlara əlavə üstünlük verdiyini diqqətə çatdırıb: ”Bu əlaqələr məhdudlaşdırılarsa, İrana çox böyük zərbə dəyəcək”. O, lazım olduğu təqdirdə İsrail ilə silahlanma məsələsində də işbirliyinə gedəcəyini vurğulayıb. Baş nazir bu yaxınlarda Almaniyaya gələcək Fələstinin dövlət başçısı Mahmud Abbas ilə Yaxın Şərqdə sülhün əldə edilməsi ilə bağlı müzakirələrin aparacağını deyib. İsrailin baş naziri Binyamin Netanyahu da İranın əleyhinə kəskin ifadələr işlədib: “İran rejimi vəhşi üzünü göstərir. Öz vətəndaşları ilə vəhşi şəkildə davranan rejim dünyaya da eyni sifəti göstərir. Bunun üçün də İranın qəti olaraq nüvə silahına sahib olmaması vacibdir”. Görüşün keçirildiyi nazirlər kabinetinin qarşısında içində yəhudilərin də olduğu 50 nəfərlik qrup İsrailin Yaxın Şərq siyasətinə etiraz edib.sia

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar