SON XƏBƏRLƏR

Həftə sonu Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü olacaq

2021.10.20, 07:36
Həftə sonu Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü olacaq

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, həftə sonu Azərbaycan prezidetni İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın görüşü olacaq. bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Robert Bradke Dağlıq Qarabağın qondarma rejiminə səfəri zamanı deyib. Onun sözlərinə görə, regiona səfər etməkdə məqsəd Azərbaycan və Ermənistan prezidentlərinin bu həftə baş tutacaq görüşünə hazırlıqla məşğul olmaqdı. “ABŞ (Amerika Birləşmiş Ştatları) Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında tərəqqiyə nail olunmasında israrlıdır”, Robert Bradke belə deyib. Xatırladaq ki, ATƏT-in Minsk qrupu həmsədrləri regionda tamtərkibli görüşlərə yanvarın 20-də başlayacaq. Yanvarın 21-də isə vasitəçilərin Bakıda gələcəyi gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar