SON XƏBƏRLƏR

Güney Azərbaycanın Xoy şəhərinin Prokuroru qətlə yetirilib

2021.10.20, 07:36
Güney Azərbaycanın Xoy şəhərinin Prokuroru qətlə yetirilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanın Xoy şəhərinin Prokuroru Vəliulla Hacıquluzadə qətlə yetirilib. prokuroru yanvarın 18-də yaşadığı mənzilin qabağında öldürüblər. Avtomobildə olan naməlum şəxslər saat 20:30-da yaxın məsafədən prokurora tapançadan iki dəfə atəş açıblar. Qatillər hadisə yerindən qaça biliblər. O, yerindəcə dünyasını dəyişib. Xoy şəhərinin polis rəisi Xosrov Gülməhəmmədi bildirib ki, hücumçular “Peugeot” markalı maşından atəş qçıblar. Hadisəni terror aktı adlandıran polis rəisi cinayətkarların axtarışına başlandığını bildirib. Qeyd edək ki, Bundan 6 gün əvvəl Tehranda bir fizik-alim uzaqdan idarə olunan partlayıcı qurğunun partladılması nəticəsində həlak olmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar