SON XƏBƏRLƏR

İranda 3 yol polisi əməkdaşı silahlı şəxslər tərəfindən öldürülüb

2021.10.20, 07:36
İranda 3 yol polisi əməkdaşı silahlı şəxslər tərəfindən öldürülüb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Yanvarın 17-dən 18-nə keçən gecə İranda 3 yol polisi əməkdaşı silahlı şəxslər tərəfindən öldürülüb. İran yol polisinin rəhbəri Hüseyn Əlişahi bildirib ki, gecə saat 20.00 radələrində Xaş-Zahidan yolunda polis əməkdaşları Əli Qasimpur, Mehdi Qüdrətpənah və Mösin Zəmani vəzifə başında qətlə yetriliblər. Fakt üzrə cinazyət işi qaldırılıb və silahlı şəxslərin axtarışına başlanıb. Cinayəti narkotik maddə qaçaqmalçılarının törətdiyi güman edilir. Çünki son zamanlar İranın Sistan və Bəlucistan vilayətində qaçaqmalçılarla tez-tez toqquşmalar baş verir.apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar