SON XƏBƏRLƏR

Milli-mədəni fəal Hadi Murtaza ETTELAAT təcridxanasından Təbriz zindanına köçürülüb

2021.10.20, 07:36
Milli-mədəni fəal Hadi Murtaza ETTELAAT təcridxanasından Təbriz zindanına köçürülüb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, 2010-cu il yanvar ayının 14-də milli-mədəni fəal cənab Hadi Murtaza ETTELAAT (İran kəşfiyat Nazirliyi) təcridxanasından Təbriz zindanın ümumi bəndinə köçürülüb. Bununla belə məhkəmə rəsmiləri cənab Murtazanın ailəsinin suallarını cavabsız qoyub və vəsiqə qarşısında azadlığını təmin etməkdən boyun qaçırırlar. Onlar bildirir ki, hələ onun barəsində araşdırmalara son qoyulmayıb lazım gələrsə bir daha sorğu-suala tutulacaq. Qeyd edək ki, İsfahan universitetinin öyrəncisi milli-mədəni fəal cənab Hadi Murtaza 2009-cu il dekabr ayının 29-da (20 gün öncə) bir neçə digər milli fəalla birlikdə mərhum Çingiz Bəxtavərin dəfn mərasimində tutulub ETTELAAT-a götürülmüşdülər. Xatırladaq ki, 25 yaşlı öyrənci fəal cənab Hadi Murtaza İsfahan universitetində "Dan Ulduzu" nəşriyəsini sabiq baş redaktoru olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar