SON XƏBƏRLƏR

Hacı Allahşükür Paşazadə: 20 yanvar faciəsinin günahkarları Haaqa məhkəməsinə verilməlidir

2021.10.20, 07:36
Hacı Allahşükür Paşazadə: 20 yanvar faciəsinin günahkarları Haaqa məhkəməsinə verilməlidir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin apa-ya istinadən yaydığı məlumata görə, Geniş və hərtərəfli araşdırmalar aparacaq yeni istintaq komissiyasının yaradılmasını, bu hadisələri törədənlərin, başda Mixail Qorbaçov olmaqla ona rəvac verənlərin cinayət məsuliyyətinə cəlb olunmasını, Beynəlxalq Haaqa məhkəməsinə çıxarılmasını tələb edirik”. bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib. 20 Yanvar hadisələrinin 20-ci ildönümü münasibətilə QMİ-də keçirilən konfransda çıxış edən A. Paşazadə tarixin acı dərslərinin təkrar olunmaması üçün hadisələrin siyasi xarakterini açıqlayan sənədli filmlərin, əsərlərin yaranmasının, əsl həqiqətlərin üzə çıxmasının və şübhələrə son qoyulmasının vacibliyini vurğulayıb: “Biz bu təşəbbüslə dövlətə müraciət etməyi düşünürük”. 20 Yanvar hadisələri barədə danışan millət vəkili Mübariz Qurbanlı dünyanın heç yerində 1990-cı ilin yanvarında olduğu kimi, 1 milyon insanın şəhidlərini bu cür dəfn etmədiyini söyləyib. Deputat onu da bildirib ki, Azərbaycan xalqı 20 Yanvardan dərs götürməli və hakimiyyəti naşılara verməməlidir. Millət vəkili Fəttah Heydərov isə çıxışında böyük qazax yazıçısı Oljas Süleymenovun “Əgər Heydər Əliyev 1988-89-cu illərdə Azərbaycanda olsaydı, 20 Yanvar hadisələri baş verməzdi” fikirlərini xatırladaraq, bunun çox böyük qiymət olduğunu deyib. F. Heydərov 20 Yanvar hadisələri zamanı xalqa dəstək baxımından şeyxülislam Allahşükür Paşazadənin böyük rolunun olduğunu deyib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov 20 Yanvar hadisələrinin heç bir zaman unudulmayacağını deyib. Komitə sədri 1990-cı ilin 13 -14 yanvarında Bakıda və Sumqayıtda ermənilərə qarşı baş verənlərin Moskva tərəfindən təşkil olunduğunu deyib: “Erməni qırğınını Moskva təşkil etmişdi. Həmin hadisələr baş verəndə azərbaycanlılar ermənilərin xilaskarı kimi çıxış edirdilər. Bu özü böyük faktdır. 20 yanvarda isə əksinə, ermənilər azərbaycanlıların qətlə yetirilməsində iştirak ediblər”. Millət vəkili Yaqub Mahmudov da 20 Yanvar hadisələrinin lazımınca araşdırılmadığını deyib. Deputat bildirib ki, 20 Yanvar qəhrəmanlıq kimi qeyd olunmalı, hərbi hissələrdə döyüş marşları çalınmalı, “Heyratı” səsləndirilməlidir: “Şəhidlərin məzarına gül qoymaqla işi bitmiş hesab etmək olmaz”. Y. Mahmudov daha sonra 20 Yanvar hadisələrini törədən Mixail Qorbaçova Nobel mükafatının verilməsini dünyanın ikili standartı adlandırıb: “Bu gün Minsk Qrupunun həmsədrlərindən biri olan ölkənin Qarabağda pravoslav kilsəsi açması da ikili standartın nümunəsidir”. Bakı və Xəzəryanı Yeparxiyanın Yepiskopu Aleksandr Ata isə çıxışında deyib ki, 20 Yanvar Azərbaycan xalqının ən tarixi günlərindən biri, xalqın özünü dərk günüdür. Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Semyon İxiilov çıxışında deyib ki, Azərbaycan xalqını heç vaxt dizi üstdə çökdürmək olmaz. O, 20 Yanvar hadisələrinin törədilməsində ermənilərin rolunun olması barədə deyilənlərə münasibət bildirərkən “o zaman ermənilər Azərbaycanda yüksək vəzifələrə sahib idilər, onların nəyi yox idi ki, belə hadisələrin törədilməsinə qol qoyublar?” Konfransda Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədova müraciət qəbul olunub. Şeyxülislam Allahşükür Paşazadənin imzası ilə parlamentə göndəriləcək müraciətdə 20 Yanvar faciəsinin Azərbaycan xalqına qarşı böyük bir cinayət olduğu bildirilir: “Bu cinayətə rəvac verən imperiya cəlladı Mixail Qorbaçovu birbaşa ifşa edən açıq müraciətin müəllifi kimi, 20 Yanvar şəhidləri qarşısında öz missiyamın ən mühüm məqamını - həmin faciə günahkarlarının dünya qarşısında ifşasını məntiqi sonluğa çatdırmaqda görürəm. Bütün bunları nəzərə alaraq, Sizə müraciət edib, Azərbaycan vətəndaşlarının hüquq və qanuni mənafelərini müdafiə edən ali orqan kimi qanlı qırğının səbəbkarlarının və əli Azərbaycan xalqının qanına batan cəlladların Haaqa beynəlxalq məhkəməsinə verilməsi üçün vəsatət qaldırmağınızı xahiş edirəm. Dəlil və sübutlar, sənədlər və canlı şahidlərin ifadələri, beynəlxalq hüquq zəminində rəylər əsasında canilərin əməllərinin əsl mahiyyəti dünya ictimaiyyətinə açıqlanmalıdır. Əminəm ki, Azərbaycan Milli Məclisi ədalətin zəfər çalması naminə cinayətkarların cəza alması üçün əlindən gədəni əsirgəməyəcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar