SON XƏBƏRLƏR

İranda Aşura günü toqquşmalarında həbs edilmiş 5 nəfərin mühakiməsi başlayıb

2021.10.20, 07:36
İranda Aşura günü toqquşmalarında həbs edilmiş 5 nəfərin mühakiməsi başlayıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Bu gün Tehranda 2009-cu il dekabrın 27-də - Aşura günü baş vermiş aksiyalar zamanı tutulan və İran İslam Respublikası Konstitusiyasına əsasən, İslam hökumətini devirməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb. APA-nın İRNA-ya istinadən yaydığı məlumatda bildirilir ki, məhkəmə prosesi Tehranın 15 saylı İnqilab Məhkəməsində keçirilir. Tehran şəhər prokuroru Abbas Cəfəri Dövlətabadi bu şəxslərin dövlət əleyhinə çağırışlarda iştiraklarının və ümumi əmlaka yandırmaqla ziyan vurmalarının tam sübuta yetirildiyini deyib. O bu ittihamla həbs edilənlərin cəzasının sürgün və ya edam olduğunu bildirib. Qeyd edək ki, Aşura günü Tehranda baş vermiş aksiyalar zamanı müxalifət tərəfdarları ilə polis arasında toqquşma olub. İran polisinin rəsmi açıqlamasına görə, toqquşmalar nəticəsində 8 nəfər həlak olub, 550-dən çox şəxs isə həbs olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar