SON XƏBƏRLƏR

Ərdoğanın ardınca Ermənistan prezidenti Moskvaya niyə gedir?

2021.10.20, 07:36
Ərdoğanın ardınca Ermənistan prezidenti Moskvaya niyə gedir?

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, bu gün Ermənistan prezidenti Sərkisyan Moskvaya gedir. Yaxın zamanda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü keçirilə bilər. Artıq bu barədə xəbərlər yayılmaqdadır. Bu ərəfədə isə Ermənistan mətbuatı prezident Sərkisyanın yanvarın 18-də Moskvaya səfər edəcəyini yazıb. Səfərdə isə prezidentlərin üçtərəfli görüşü ilə bağlı müzakirələr aparılacaq. Diqqət çəkən məqam odur ki, Sərkisyan Rusiyaya Ərdoğanın bu ölkəyə səfərindən dərhal sonra çağırılıb. Bəs ekspertlər prezidentlərin üçtərəfli görüşündən nə gözləyir? Konfliktoloq Elxan Mehdiyevin sözlərinə görə, Ərdoğanın Moskva səfərində əsas məqsəd Dağlıq Qarabağ məsələsini müzakirə etmək olub. O, Ermənistanla sərhədlərin açılmasının da yalnız münaqişənin həllində atılacaq müsbət addımlardan sonra baş tuta biləcəyini deyib. Görünür, Sərkisyanın Moskva səfəri də məhz bununla bağlıdır: “Türkiyə ATƏT-in həmsədr ölkələri ilə diplomatiya həyata keçirir və onların Ermənistana təsir etməsinə çalışır. Məsələyə bu kontekstdə yanaşmaq lazımdır. Düzdür, Putinlə Lavrov Dağlıq Qarabağ məsələsinin Türkiyə-Ermənistan əlaqələri ilə bağlı olmadığını bəyan ediblər. Amma bu, məsələnin açıqlanan tərəfidir. Qapalı görüşlərdə bölgədə bütövlükdə sülh və təhlükəsizliyin yaradılması Türkiyənin siyasətinin əsasını təşkil edir. Ona görə də indiki dönəmdə açar Türkiyənin əlindədir. Başqa ölkələrin burda rolu o qədər də böyük deyil”. Azadlıq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar